XİN: İstanbul terrorunda Azərbaycan vətəndaşının ölməsi və ya yaralanması faktı araşdırılır
Türkiyənin İstanbul şəhərində baş vermiş terror aktı zamanı Azərbaycan vətəndaşının ölməsi və ya yaralanması barədə KİV-də yayılan məlumat Azərbaycanın Türkiyədəki Səfirliyi və İstanbuldakı Baş Konsulluq tərəfindən Türkiyənin müvafiq orqanları vasitəsi ilə araşdırılır.
Bu barədə Oxu.Az-a Azərbaycan Xarici İşlər Nazilriyinin mətbuat katibi Hikmət Hacıyev bildirib.
Qeyd edək ki, bu gün səhər saatlarında İstanbulun Veznecilər məhəlləsində bir-birinin ardınca 2 partlayış baş verib. Hadisə nəticəsində 11 nəfərə ölüb, 36 nəfər yaralanıb. NTV kanalının məlumatına əsasən, yaralananlardan biri Azərbaycan vətəndaşıdır.
Mənbə:> Oxu.Az