İstanbuldakı partlayışda azərbaycanlıların olması araşdırılır
Bu gün günorta saatlarında İstanbulun mərkəzi meydanında baş vermiş partlayış zamanı xəsarət alanlar arasında azərbaycanlıların olması faktı araşdırılır, Oxu.Az xəbər verir.
Azərbaycanın Türkiyədəki səfirliyi və İstanbuldakı Baş Konsulluqdan Trend-ə verilən məlumata görə, səfirlik və konsulluq Türkiyə hüquq-mühafizə orqanları ilə birlikdə bu məsələ ilə bağlı araşdırma aparır.
Mənbə:> Oxu.Az