XİN Türkiyədə Azərbaycan vətəndaşlarının girov götürülməsinə münasibət bildirdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hadisə

XİN Türkiyədə Azərbaycan vətəndaşlarının girov götürülməsinə münasibət bildirdi

XİN Türkiyədə Azərbaycan vətəndaşlarının girov götürülməsinə münasibət bildirdi


Azərbaycanın Türkiyədəki səfirliyi bu ölkədə naməlum silahlı şəxslər tərəfindən içərisində Azərbaycan vətəndaşlarının olduğu deyilən sərnişin avtobusunun saxlanması ilə bağlı məlumatı araşdırır.

AzNews.info xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə bildirib ki, Azərbaycanın səfirliyinin və Qarsdakı Baş konsulluğunun Türkiyə hüquq-mühafizə orqanlarından aldığı məlumata əsasən, hadisə İğdır və Qars arasındakı Kağızman rayonu ərazisində baş verib.

H.Hacıyevin sözlərinə görə, hadisə nəticəsində Azərbaycan vətəndaşları daxil olmaqla, avtobus sərnişinlərindən heç kim xəsarət almayıb.

O, qeyd edib ki, avtobusdakı azərbaycanlı sərnişinlərin sayı hələ dəqiqləşdirilir: “Azərbaycanın diplomatik missiyası bu məsələ üzrə Türkiyənin hüquq-mühafizə orqanları ilə əlaqə saxlamaqda davam edir”.

XİN rəsmisi bildirib ki, hadisə iştirakçıları olan şəxslər konsulluq məsələlərinin həlli üçün 009005380383870 və 00904742231361 nömrələri vasitəsilə “qaynar xətt”ə müraciət edə bilərlər.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *