Rusiyada avtobusa silahlı hücum oldu
Rusiyanın Saratov şəhərində mərkəzi parkın yanında sərnişin avtobusuna naməlum şəxslər tərəfindən atəş açılıb.
ANS PRESS-in məlumatına görə, bu barədə xəbəri “Versiya-Saratov” informasiya agentliyi yayıb.
Xəbərə əsasən hadisə yerində olan şahidlər bildiriblər ki, 6 nömrəli xətt üzrə işləyən sərnişin avtobusuna naməlum şəxslər tərəfindən Saratovun mədəniyyət və istrahət parkı rayonunda atəş açılıb. Atəş avtobusun yanından keçən minik maşınından açılıb.
İlkin məlumatlara görə hadisə nəticəsində insan tələfatı olmasa da qırılan avtobus şüşələri bəzi sərnişinlərə xəsarət yetirib.
Hadisə yerli asayiş qoruyucuları tərəfindən araşdırılır. Maşın və içindəki silahlılar axtarılır.
Mənbə:> ANSPRESS