Qəzaya uğramış təyyarədə azərbaycanlılar olub? – YENİLƏNİB
Fransada qəzaya uğrayan təyyarədə Azərbaycan vətəndaşı olmayıb. Bu barədə Almaniya XİN Azərbaycanın həmən ölkədə olan səfirliyinə xəbər verib.
Oxu.Az xəbər verir ki, bunu Trend-ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Bu ilkin məlumatdır, araşdırmalar hələdə davam edir.
24.03.2015 21:37
Azərbaycan Xarici İşlər Nazirliyinin tapşırığı ilə Fransada, Almaniyada və İspaniyada olan ölkənin səfirlikləri Alp dağlarında qəzaya uğramış təyyarənin sərnişinlərinin arasında Azərbaycan vətəndaşlarının mövcudluğunu araşdırır.
Oxu.Az xəbər verir ki, bunu Trend-ə XİN-in mətbuat katibi Hikmət Hacıyev bildirib.
Germanwings aviaşirkətinin Airbus A320 tipli təyyarəsi çərşənbə axşamı Alp dağlarında qəzaya uğrayıb. Son məlumatlara görə, Barselonadan Düsseldorfa uçan laynerin qəzası nəticəsində 150 nəfər həlak olub.
Mənbə:> Oxu.Az