Təyyarə qəzasında ölənlərin milliyyəti açıqlandı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Təyyarə qəzasında ölənlərin milliyyəti açıqlandı – FOTO

Təyyarə qəzasında ölənlərin milliyyəti açıqlandı


Qəzaya düşən Almaniyanın "Germanwings" aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsinin sərnişinlər barədə məlumat verilib.

ANS PRESS-in məlumatına görə, siyahıda olanların kimliyi açıqlanmasa da onların milliyyətləri göstərilib.

Qəzaya düşmüş təyyarənin sərnişinlərinin əksəriyyəti Almaniya vətəndaşlarıdır - 67 nəfər, başqa məlumatlara görə 72 nəfər. Siyahıda həmçinin Britaniyadan 3 sərnişin, Qazaxıstanın 3 vətəndaşı, 2 yapon, 2 kolumbiyalı, 2 avstraliyalı göstərilib.

Siyahıda həmçinin Hollandiya, Danimarka, Türkiyə və İsrailn bir vətəndaşı var.

Dəqiqləşdirilmiş məlumatlara görə, bortda İspaniyanın 35 vətəndaşı olub. Daha əvvəl 45 ispan olduğu bildirilirdi.

Qəzaya düşmüş təyyarədə Meksika vətəndaşının olması barədə şübhələr dəqiqləşdirilir.

Siyahı son deyil. Qurbanların arasında Argentinanın, İranın, Venesuelanın və ABŞ-ın iki vətəndaşı ola bilər.

19 nəfərin milliyyətini müəyyən etmək mümkün olmayıb. Bir sıra sərnişinlər ikili vətəndaşlığa malik olub.

Xatırladaq, "Germanwings" aviaşirkətinin 4U-9525-i təyyarəsi Fransanın cənubunda qəzaya düşüb.


Təyyarə qəzasında ölənlərin milliyyəti açıqlandı

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *