XİN Məkkədə baş vermiş faciə ilə bağlı məlumat yaydı
Məkkədə baş vermiş insidentdə zərər çəkənlər arasında Azərbaycan Respublikası vətəndaşlarının olması Səudiyyə Ərəbistanındakı səfirliyimiz tərəfindən bu ölkənin rəsmi dövlət qurumları ilə araşdırılır.
Bu barədə Oxu.Az-a Azərbaycan XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Qeyd edək ki, son məlumatlara görə Məkkədə sentyabrın 11-də baş verən faciə nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb, daha 284 zəvvar yaralanıb.
Mənbə:> Oxu.Az