Məkkədə halal seks-şop açılacaq
Dünya müsəlmanlarının müqəddəs şəhəri Məkkədə ilk halal seks-şop açılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə International Business Times məlumat yayıb.
2010-cu ildən Niderlanda El Asira onlayn halal seks-şopun rəhbəri olan Əbdüləziz Aurah deyib ki, artıq yerli rəhbərlikdən buna icazə alıb.
El Asira adını alacaq seks-şopda prezervativlər, yağlar, həmçinin islamın təqdir etdiyi 18 oyuncaq satılacaq.
Əbdüləziz Aurah deyib ki, belə mağazalar ər və arvad arasında seksual münasibətlərin yaxşılaşmasına yardım edir:
“Bizim çeşidlərimizə hissiyyatı artıran və seksual sahədə atmosferi yaxşılaşdıran məhsullar daxildir”, - deyə, mağaza sahibi qeyd edib.
2013-cü ildə türkiyəli iş adamı Haluk Murat Dəmir ölkədə müsəlmanlar üçün ilk internet seks-şopu açdı. Helal Sex Shop adlanan saytda xeyli sayda mal çeşidi təqdim olunub, həmçinin dinə zidd olmayan şəkildə sekslə məşğul necə məşğul olmaq barədə məsləhətlər verilir.
Mənbə:> Oxu.Az