Parlament prezidenti dəstəklədi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Parlament prezidenti dəstəklədi

Parlament prezidenti dəstəklədi


Kubada prezident Raul Kastronun Amerika Birləşmiş Ştatları ilə münasibətləri bərpa etmək qərarına ölkə parlamentində də dəstək gəlib.

ANS PRESS-in məlumatına görə, parlament nümayəndələri hökumətin rəsmi Vaşinqtonla diplomatik əlaqələr qurmasına müsbət rəy bildiriblər.

Ötən gün parlamentin iclasında Amerikada casusluq fəaliyyəti göstərdiyi üçün uzun müddət həbsdə olmuş, lakin iki ölkə arasında münasibətlərin bərpa olunmasına jest olaraq azad edilmiş casuslar da iştirak ediblər. Parlament üzvləri casusları qəhrəman kimi qarşılayıblar.

İki ölkə arasında 50 ildən çoxdur ki, mövcud olan düşmənçilik münasibətlərinin tədricən dostluğa çevrilməsi tarixi hadisə kimi qiymətləndirilir.

Lakin heç də hər kəs bu münasibətlərdən məmnun deyil. Ötən gün ABŞ-ın Mayami şəhərində uzun müddət öncə ölkəsindəki təqiblərdən qaçan və ya hökumət tərəfindən qovulan kubalılar Amerika rəhbərliyinin qərarına qarşı etiraz aksiyası keçiriblər.

“Ola bilsin ki, bu, yeni bir gündür. Həm şirin, həm də kədərli ola biləcək bir başlanğıcdır. Biz hər ikiisini də qəbul edirik. Gəlin, hər şeyin daha yaxşısını arzulayaq” - deyə etirazçılar qeyd ediblər.

Respublikaçılar da Obamanı Kubaya güzəştə getdiyinə təndiq atəşinə tutublar. Ağ Ev rəhbəri özü də Kuba qısa müddətdə demokratik yenidənqurma gözləmədiyini etiraf edib.

Qeyd edək ki, rəsmi Vaşinqton və Havana arasında diplomatik əlaqələr 1961-ci ildə Kuba inqilabından sonra kəsilib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *