13 ildən sonra yenidən Bakıda » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Rəsmi

13 ildən sonra yenidən Bakıda

13 ildən sonra yenidən Bakıda


Azərbaycanın cənub qonşusunun prezidentinin sabah ölkəmizə tarixi səfəri başlayır. İran prezidentlərinin Azərbaycana səfərlərini araşdıranda da aydın görünür ki, bu səfərlərin hər biri özlüyündə böyük bir siyasi addım olub. Maraqlıdır ki, Həsən Ruhani Bakıya gəliş tarixini də təsadüfdən seçməyib.

İran prezidenti Həsən Ruhanini Azərbaycana dəvət edərkən Azərbaycan prezidenti İlham Əliyev belə bir ifadə işlətmişdi: "Cənab Prezident, sizi münasib bir vaxtda ölkəmizə dəvət edirəm".

Həsən Ruhani isə Azərbaycana gəlmək üçün öz doğum gününü münasib saydı. Və bununla da yaxın qonşusuna necə böyük önəm verdiyini sərgiləmiş oldu. Amma bu səfərin bir qədər yubandığını düşünənlər və bu məsələdə xüsusi səbəblər axtaranlar da var. Bu səbəblərdən birini də bu günlərdə Avropa mətbuatı verib. İngiltərənin The Times qəzeti İran və Amerika arasında diplomatik əlaqələrin müzakirəsi məsələsini gündəmə gətirməklə rəsmi Bakının iki ölkə arasında vasitəçi obrazını yaratmağa çalışıb. Düzdür, bu xəbər həm İran tərəfindən təkzib edilib, həm də ABŞ-ın ölkəmizdəki səfirliyi The Times-ın yazdığı məlumatın həqiqətə uyğun olmadığını rəsmi bəyan edib. Mütəxəssislər isə Amerika ilə İran arasında diplomatik münasibətlərin qaydaya salınmasında Bakının rolunun mümkünlüyünü labüd sayırlar.

İran üzrə ekspert Dalğa Xatınoğlunun sözlərinə görə, Azərbaycanın böyük bir potensialı var ki, İranla Qərb arasında vasitəçilik eləsin. Azərbaycan mədəniyyət nöqteyi nəzərindən İranı baş düşə bilir, həm də qərbə yaxın bir ölkədir. Onlar arasında münasibətləri yaxşılaşdırmaq potensialına malikdir.

Bəlkə də Azərbaycan bu potensialından nə vaxtsa istifadə etdi, hər halda bunu zamanın ixtiyarına buraxmaq lazımdır. Bizi isə məhz sabahkı səfər və bunun təfərrüatları maraqlandırır. İran prezidentinin Azərbaycana səfərində iki ölkə arasında həllini tapacaq 1 nömrəli məsələ xüsusilə nə ola bilər?

Ekspertin sözlərinə görə, Azərbaycanla İran arasında ticarət dövriyyəsi 250 milyon dollara da çatmır. Bu rəqəm Azərbaycanın xarici ticarət dövriyyəsinin bir faizini də təşkil etmir. Bu rəqəmin 10 milyard dollara çatdırılması planlaşdırılır.

Ümumiyyətlə, Həsən Ruhaninin Azərbaycana səfəri zamanı 11 müqavilə və memarandumun imzalanması gözlənilir. Bu yerdə xatırladım ki, İranın dövlət başçısından qabaq bu ölkənin bir sıra rəsmi dövlət nümayəndələri vaxtaşırı Azərbaycanda olmuş və iki ölkə arasında münasibətlərin tənzimlənməsinə xidmət edən görüşlər keçirmişdilər. Münasibətləri korlanmasına cəhdlərə də bu günlərdə rast gəlinib. Məsələn, üzərində Xomeyni və Xamneyninin rəsmi olan İran bayrağının Aşura günü Nardaranda asıldığını bildirən xəbərlərin ölkə mətbuatında yayılmasını buna misal gətirə bilərik. Hansı ki, araşdıranda bu hadisənin illər qabaq baş verdiyi ortaya çıxdı. Qafqaz Müsəlmanları İdarəsi isə hadisəni İran prezidentinin səfəri öncəsi münasibətləri korlamağa yönəlmiş təxribat saydı. Xatırladım ki, sonuncu dəfə Həsən Ruhani Azərbaycanda 13 il əvvəl olub. 2001-ci ildə o, prezident Heydər Əliyevlə görüşüb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *