Liviyanın yeni hökümət üzvləri and içdilər
Liviyada yeni hökümət işə başlayıb.
ANS PRESS-in məlumatına görə, baş nazir Abdulla Əl-Səninin rəhbərlik etdiyi yeni nazirlər kabinetinin üzvləri Tobruk şəhərində and içib.
Qeyd edək ki, yeni yaradılan hökumət Tobrukdan kənarda nüfuza malik deyil. 2011-ci ildə Müəmmar Qəzzafinin hakimiyyətdən devrilməsindən sonra ölkədə yaşanan gərginlikdən sonra parlament paytaxt Tripolini tərk edərək Tobruka köçüb.
Liviya parlamentinin sədri Aqeyla Saleh Eissa Nyu-Yorkda BMT-nin Baş Assambleyasının sessiyasında çıxış edib. O deyib ki, beynəlxalq ictimiayyət Liviyada legitim yolla seçilmiş rəsmilərlə bir olmalıdır. O, eyni zamanda, bildirib ki, Liviyada terrorizmə göz yumulması qəbuledilməzdir.
ABŞ-ın Tripolidəki nümayəndəsi paytaxtda toqquşmalara görə qonşu Tunisə getməli olub. Birləşmiş Ştatlar təhlükəsizlik bərpa olana qədər Tripolidə səfirliyin fəaliyyətini dayandırıb.
Mənbə:> ANSPRESS