İstanbulda Almaniyanın baş konsulluğu polis tərəfindən mühasirəyə alındı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

İstanbulda Almaniyanın baş konsulluğu polis tərəfindən mühasirəyə alındı

İstanbulda Almaniyanın baş konsulluğu polis tərəfindən mühasirəyə alındı


Polis İstanbulda Almaniyanın baş konsulluğunu əhatəyə alıb.

Oxu.Az “Deutsche Welle” istinadən xəbər verir ki, hüquq-mühafizə orqanı əməkdaşları binaya aparan yolu bağlayıblar və suatan düzüblər.

Tədbirlər konsulluğun qarşısında keçirilən etiraz aksiyası ilə əlaqədar həyata keçirilib. Etiraz aksiyasının iştirakçıları Bundestaqın “erməni soyqırımını” tanıyan qətnaməsinə qarşı çıxış ediblər.

Daha öncə Türkiyə XİN-nin Almaniyanın qondarma “erməni soyqırımı”nı tanıması ilə əlaqədar bu ölkənin Tükiyədəki səfirini nazirliyə çağırılması barədə məlumat yayılıb. Türkiyə, həmçinin Berlindəki səfirini konsultasiya üçün Türkiyəyə geri çağırıb.

İyunun 2-də Almaniya parlamenti qondarma “erməni soyqırımı”nın tanınmasına dair qətnamə qəbul edib. Türkiyə bu qərarı pisləyib. Qətnaməni demək olar ki, bütün parlamentarilər dəstəkləyib, yalnız bir deputat əleyhinə səs verib, bir deputat isə bitərəf qalıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *