Konqresmen erməni işğalını xatırlatdı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

Konqresmen erməni işğalını xatırlatdı

Konqresmen erməni işğalını xatırlatdı


ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri, Tennesi ştatından seçilmiş konqresmen Stiv Kohen Azərbaycanın milli bayramı- Respublika günü münasibəti ilə bəyanatla çıxış edib.

Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyindən xalq.az-a daxil olan məlumatda bildirilir.

Konqresmen Kohen Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edərək, 1918-ci ildə Azərbaycanın müsəlman dünyasında ilk dünyəvi parlamentar respublika qurduğunu, onun Prezident Vudro Vilson Administrasiyası tərəfindən tanındığını və bu respublikanın qadınlara səsvermə hüququ verən ilk müsəlman dövlət kimi tarixə düşdüyünü qeyd edib.

Bəyanatında Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdiyini deyən konqresmen ölkənin müstəqillik illərində ciddi çağırışlarla qarşılaşdığını və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini, habelə BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının bu torpaqlardan çıxması tələbinə baxmayaraq, Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonun hələ də erməni işğalında olduğunu bildirib.

Daha sonra bəyanatda Azərbaycanın təhlükəsizlik, o cümlədən terrorçuluqla mübarizə, nüvə materiallarının yayılmaması,
beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak və enerji təhlükəsizliyi kimi sahələrdə ABŞ-ın vacib tərəfdaşı olduğu diqqətə çatdırılıb. Bu kontekstdə, Azərbaycanın Əfqanıstanla bağlı töhfələri yüksək qiymətləndirilib. Bununla yanaşı, ölkəmizin Xəzər dənizinin karbohidrogen resurslarının dünya bazarlarına çıxarılmasında oynadığı mühüm rol və Cənub Qaz Dəhlizi layihəsinin gələcəkdə ABŞ müttəfiqlərinin enerji təhlükəsizliyinə mühüm töhfəsi ilə bağlı məsələlərə xüsusi vurğu edilib.

Sonda konqresmen Azərbaycanın müsəlman ölkəsi olmasına baxmayaraq İsraillə sıx əlaqələrə malik olduğunu və ölkəmizin İsrailin neft tələbatının 40%-nə yaxın bir hissəsini qarşıladığını vurğulayaraq, ümumilikdə Azərbaycan cəmiyyətinin olduqca tolerant ənənələrə malik olduğu və burada xristian və yəhudilərin sülh və əmin-amanlıq içərisində yaşadığını vurğulayıb.

Mənbə: Xalq.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *