Konqresmen Obamanı Azərbaycanı dəstəkləməyə çağırıb
Amerikalı konqresmen Aderholt ABŞ prezidenti Barak Obamaya Azərbaycanı dəstəkləməyə çağırışın səsləndiyi məktub göndərib, Oxu.Az xəbər verir.
Öz məktubunda konqresmen Azərbaycanın ABŞ üçün mühüm partnyor olduğunu deyir, ölkəmizin strateji mövqeyi, Əfqanıstanda antiterror əməliyyatlarının və Avropa ilə İsraildə enerji təhlükəsizliyinin dəstəklənməsi qeyd edilir. Həmçinin məktubda Bakı-Tbilisi-Ceyhan boru kəmərinin və Cənubi qaz dəhlizinin mühümlüyü vurğulanır.
Eləcə də konqresmen Obamanı və dövlət katibi Con Kerrini Azərbaycanda səfirin təyin edilməsini sürətləndirməyə və ölkəyə yüksək səviyyəli administrasiya nümayəndəsini göndərməyə çağırıb.
Mənbə:> Oxu.az