Ştaynmayer: Avropa Rusiyasız keçinə bilməz
Minsk razılaşmalarının həyata keçirilməsi prosesində Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların mərhələli şəkildə ləğv edilməsi barədə düşünmək lazımdır, bununla yanaşı, heç kim Moskvanı “diz çökdürməkdə” maraqlı deyil.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Almaniyanın XİN rəhbəri Frank-Valter Ştaynmayer Berlində Almaniya-Rusiya forumunda bildirib.
Ştaynmayer hesab edir ki, Almaniya Rusiya ilə münasibətlərdə yaranan gərginliyi aradan qaldırmaq üçün hər şey etməli və bununla yanaşı, öz mövqelərini qoruyaraq onunla dialoq qurmalıdır.
Nazir qeyd edib ki, heç kim Rusiyanın iqtisadi zəifliyində maraqlı deyil.
“Sanksiyalar – qarşıya qoyulan məqsəd, tərəfdaşı diz çökdürmək üçün vasitə deyil”, - o deyib.
Almaniyanın XİN rəhbəri, həmçinin heç bir beynəlxalq münaqişənin Rusiyanın iştirakı olmadan həll edilə bilməyəcəyini bildirib.
“Avropada təhlükəsizliyə yalnız burada olan münaqişələr təhdid yaratmır. İraq, Liviya, Suriya – bu siyahını davam etmək olar... Münaqişələrin struktur və iştirakçılarına nəzər salsaq, meydana – Rusiyasız alınmadığı nəticəsi çıxır. Və Rusiya ilə bir çox şeylər yaxşı alınacaq ümidi var”, - Ştaynmayer bildirib və İran ilə nüvə sazişinin həyata keçirilməsində uğuru xatırladıb.
Mənbə:> Oxu.Az