Almaniya xarici işlər naziri İranda
Almaniyanın xarici işlər naziri Frank Valter-Ştaynmayer beynəlxalq sanksiyaların aradan qaldırılmasdan sonra İrana səfər edib.
ATV.az-ın xarici mətbuata istinadən məlumatına görə, iranlı həmkarı Məhəmməd Cavad Zərif tərəfindən qarşılanan Ştaynmayer prezident Həsən Ruhani ilə də bir araya gəlib. Görüşlər zamanı iki ölkə arasındakı ticarət əlaqələrinin inkişaf etdirilməsi və terrorla mübarizə mövzuları müzakirə edilib.
O, Almaniyanın İrandakı neft və təbii qaz sektoruna 12 milyard avroluq sərmayə yatıracağını açıqlayıb. Nazir Həsən Ruhanini növbəti Avropa səfərində Berlində qonaq etmək istədiklərini deyib.
Qeyd edək ki, Ruhani ötən həftə İtaliya və Fransada görüşlər keçirmişdi.
Mənbə:> ATV.az