Aralıq dənizi 700 qaçqının canını aldı
Sağ qalanları İtaliyanın Taranto və Pottsalo liman şəhərlərinə gətiriblər.
Ötən həftə Aralıq dənizində bir neçə gəminin batması nəticəsində 700-dən çox miqrant həlak ola bilərdi.
Oxu.Az xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlarla İş Agentliyi məlumat yayıb.
Söhbət dənizdə üzmək üçün yararsız olan gəmilərlə Avropaya çatmağa can atan qaçqınlardan gedir, deyə, Aentliyin mətbuat katibi Karlotta Semi AP-yə bildirib.
Həmin şəxslərdən 100 nəfərə yaxınının mayın 25-də, daha 550 nəfərin isə növbəti gün baş verən qəzada öldüyü ehtimal edilir.
Üçüncü gəmi qəzası isə mayın 27-də baş verib, Semi bildirib. 135 nəfəri xilas etmək mümkün olub, dənizdən 45 cəsəd çıxarılıb. Həmin qayıqdan olan naməlum sayda miqrant iktin düşmüş sayılır.
“Bu qorxunc rəqəmləri üst-üstə qoysaq, bizim hesablamalarımıza görə, ən azı 700 nəfər – qurbanların sayı və adları barədə dəqiq rəqəmlər yoxdur”, - deyə, mətbuat katibi bildirib.
Sağ qalanları İtaliyanın Taranto və Pottsalo liman şəhərlərinə gətiriblər.
Mənbə:> Oxu.Az