“G7” liderləri Rusiyanı yeni sanksiyalarla təhdid etdilər – YENİLƏNİB
“Böyük yeddiliy”in liderlərinin qərarı qlobal iqtisadiyyata və beynəlxalq işlərin ümumi vəziyyətinə müsbət təsir etməyəcək.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Əlbəttə, düşünmürük ki, bu qəbildən olan qərarlar qlobal iqtisadiyyata və ümumilikdə qlobal işlərə müsbət effekt göstərə, məhz bu mövzular forumun diqqət fokusundadır”, - o deyib.
Peskov bəyan edib ki, bu məsələ əvvəlki kimi Moskvanın gündəminə daxil deyil.
10.51
Yaponiyada “G7” sammitinin nəticələrinə görə, Minsk razılaşmaları tam icra olanadək Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq.
“Rusiya üzərinə götürdüyü öhdəlikləri tam icra etdikdən sonra sanksiyalar ləğv oluna bilər. Rusiyanın hərəkətləri bunu vadar edərsə, biz ona qarşı əlavə sanksiyalar tətbiq edəcəyik”, - sammitin bəyannaməsində deyilir.
Bununla yanaşı, “G7” Ukrayna böhranının nizamlanması üçün Moskva ilə dialoqun davam etdirilməsinin vacibliyini qeyd edib.
“Böyük yeddiliyin” sammiti Yaponiyada keçirilir. Danışıqlarda ABŞ lideri Barak Obama, Fransa prezidenti Fransua Olland, Almaniya kansleri Angela Merkel, Böyük Britaniyadan Devid Kemeron, İtaliya lideri Matteo Rentsi və Kanada lideri Castin Tryudo iştirak edirlər.
Aİ-nin Moskvaya qarşı tətbiq etdiyi sanksiyaların müddəti iyulun 31-də bitir. Tətbiq edilən tədbirlərin müddətinin uzadılması 28-29 iyun tarixlərində keçiriləcək sammitdə müzakirə ediləcək. Bununla yanaşı, bir sıra Avropa ölkələri sanksiyaların yumşaldılmasına dair çıxış etməyə hazırdır.
Mənbə:> Oxu.Az