Obama: Rusiyaya qarşı sanksiyalar götürülə bilər və götürülməlidir
ABŞ prezidenti Barak Obama bəyan edib ki, Minsk razılaşmaları yerinə yetirildiyi təqdirdə (Ukraynadakı münaqişənin həlli üzrə - red.) Rusiyaya qarşı sanksiyalar “götürülə bilər və götürülməlidir”, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
Bu barədə o, Hannover şəhərində Almaniya kansleri Angela Merkellə birgə mətbuat konfransında bildirib.
“Rusiya öhdəliklərini yerinə yetirdiyi təqdirdə sanksiyalar götürülə bilər və götürülməlidir”, - deyə, Obama bəyan edib.
Bir qədər əvvəl isə bəyanatla çıxış edən Rusiya XİN rəsmisi Mariya Zaxarova bildirmişdi ki, Rusiya Minsk razılaşmalarını pozmur, çünki onların subyekti deyil.
Mənbə:> Oxu.Az