Obama Putini təklədi – VİDEO
ABŞ Prezidenti Barak Obama Avropanı Minsk razılaşmasının tam icrasına qədər Rusiyaya qarşı sanksiyaları saxlamağa çağırıb.
ANS PRESS-in məlumatına görə, B.Obama İtaliyanın baş naziri Matteo Rensi ilə Ağ evdə keçirdiyi birgə mətbuat konfransında belə deyib.
ABŞ prezidenti bildirib ki, nə vaxta qədər ki, Rusiya Minsk razılaşmasının şərtlərini yerinə yetirməyəcək, Ukraynada hərbi əməliyyatları dayandırmayacaq Avropada təklənəcək və qüvvədə olan sanksiyalar aradan qalxmayacaq.
"Qarşı tərəfdən razılaşmaya uyğun olaraq müsbət addımların, ciddi tədbirlərin reallaşdırılmasını görməyəcəyik, biz sanksiyaları ən azı indiki səviyyədə saxlamalıyıq".
Rusiya keçən il Krımı ilhaq edəndən və ölkənin şərqindəki üsyançıları dəstəkləyəndən bəri ABŞ və Avropa Moskvaya qarşı sanksiyalar tətbiq etməyə başlayıb. Qərb rəsmiləri iddia edir ki, Rusiya Hərbi Qüvvələri üsyançıları dəstəkləmək üçün Ukrayna ərazisinə daxil olub. Rusiya prezidenti Vladimir Putin bu iddiaları dəfələrlə rədd edib.
Mənbə:> ANSPRESS