ABŞ, Britaniya, Fransa və Almaniya liderləri "Suriya düyünü"nü müzakirə etdilər » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Hərbi

ABŞ, Britaniya, Fransa və Almaniya liderləri "Suriya düyünü"nü müzakirə etdilər

ABŞ, Britaniya, Fransa və Almaniya liderləri "Suriya düyünü"nü müzakirə etdilər

ABŞ prezidenti Barak Obama, Böyük Britaniyanın baş naziri Devid Kemeron, Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel telefonla Suriyadakı vəziyyəti müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Yelisey sarayının bəyanatında bildirilir.

Qeyd olunur ki, ölkə liderləri atəşkəsə dair sazişin ən qısa müddətdə qüvvəyə minəcəyinə ümid etdiklərini bildiriblər.

"Tərəflər Suriyaya dəstək beynəlxalq qrupunun fevralın 11-də üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə, ...xüsusilə Rusiya və Suriya rejiminin mötədil müxalifət qruplaşmaları və dinc əhaliyə zərbələri dayandırmasını çox diqqətlə izləyəcəklərini bildiriblər", — deyə bəyanatda qeyd olunur.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *