Prezidentlər yenidən görüşəcək – FOTO
Ukrayna prezidenti Pyotr Poroşenko, Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Anqela Merkel avqustun 24 də Ukranyanın Donetsk şəhərindəki vəziyyəti müzakirə edəcəklər.
ANS PRESS-in məlumatına görə, bu haqda Fransanın xarici işlər naziri Lorana Fabius məlumat verib. Xarici işlər naziri bildirib ki, prezidentlər Donetskdə keçiriləcək seçkiləri və aparılan hərbi əməliyatları müzakirə edəcəklər.
"Birincisi hərbi əməliyyatlar dayandırılmalı və qoşunlar regiondan çıxarılmaldır. İkincisi biz Donetskdə seçkilərin keçirilməsi üçün lazım olan şəraiti bərpa etməliyik. Mən ümid edirəm ki, görüş hər iki istiqamətdə irəliləməyə kömək edəcək. Biz münaqişənin dekabra kimi həllini tapacağına ümüd edirik.” – deyə Fabius bildirib.
Prezidentlər arasında görüş bazar ertəsi günü Almaniyanın paytaxtı Berlində baş tutacaq.
Xatırladaq ki, fevralın 12-də "Normandiya dördlüyü” ölkələrinin – Ukrayna, Rusiya, Fransa və Almaniya rəhbərlərinin Belarusun paytaxtı Minsk şəhərində Donbass probleminin həlli üzrə yarım sutkadan çox davam edən görüş keçirilib.
"Normandiya dördlüyü”-nün görüşü (12 Fevral 2015 ci il)
Görüşün yekunları ilə bağlı Ukrayna prezidenti Pyotr Poroşenko, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel tərəfindən rəsmi sənəd imzalanıb.
Tərəflər fevralın 14-dən etibarən atəşin dayandırılması və ağır silahların təmas xəttindən geri çəkilməsi barədə razılığa gəlib.
Əldə olunan atəşkəs razılaşmasına baxmayaraq, Ruspərəst separatçıların Ukranya ərazisinə müdaxiləsi ölkədə vəziyyəti gərgin olaraq saxlayır.
Ukraynada Rusiya tankları
Mənbə:> ANSPRESS