Böyük görüş nefti bahalaşdırdı
Minskdə Almaniya kansleri, Fransa, Rusiya, Ukrayna prezidentlərinin Minskdə keçirilən görüşündən sonra neftin qiyməti artıb.
ANS PRESS-in məlumatına görə, birjalarda WTI neftinin bir barelinin qiyməti 3,28% artaraq 50,44 dollar olub. Brent markalı neftin qiyməri 1 barrelə görə 2,52% artaraq 56 dollara çatıb.
“Normandiya dördlüyü”nün Minskdə Ukrayna böhranı ilə bağlı keçirilən iclası ümumilikdə, təxminən 16 saat davam edib.
Görüşdə Rusiya Federasiyası prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland və Ukrayna prezidenti Pyotr Poroşenko iştirak edib.
Danışıqların yekunlaşmasından sonra dörd liderin hər biri mətbuat üçün açıqlama verib.
Bundan sonra isə prezidentlər Minski tərk ediblər.
Mənbə:> ANSPRESS