Ukraynada Donbas müzakirəsi başladı
Ukraynanın Baş naziri Arseni Yaçenyuk Fransa Prezidenti Fansua Olland və Almaniya kansleri Angela Merkelin diplomatik nümayəndələri ilə görüşüb.
Axar.az 112 Ukraina-ya istinadən xəbər verir ki, Kristof Hoysken və Jak Odiberin iştirakı ilə keçirilən görüşün əsas müzakirə mövzusu Donbasdakı hazırkı vəziyyət və Ukraynanın Avropa Birliyi ilə mövcud olan münasibətlərinin inkişaf etdirilməsi olub.
Verilən məlumata görə, tərəflər Ukraynanın Avropaya inteqrasiyasının birinci dərəcəli şərtlərini də müzakirə ediblər.
Mənbə:> Axar.az