Ərdoğan: Türkiyə Avropadan ianə yox, dürüstlük gözləyir
Avropa İttifaqının Türkiyəyə söz verdiyi 3 milyard avro hələ də verilməyib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan mayın 24-də İstanbulda Birinci Dünya Humanitar Sammiti çərçivəsində keçirilən mətbuat konfransında deyib.
“Təəssüf olsun ki, Aİ-nin söz verdiyi vəsaitlər Türkiyəyə hələ də verilməyib. Lakin onlar bildirmişdilər ki, iyul ayına qədər 1 milyard avro göndəriləcək. Bu pullar bizə yox, qaçqın düşərgələrinə, ehtiyacı olanlara kömək edəcək”, - o deyib.
Ərdoğanın sözlərinə görə, “Türkiyə Avropadan ianə yox, dürüstlük gözləyir”.
Mənbə:> Oxu.Az