PKK-ya zərbə: 30 terrorçu öldürüldü
Türkiyə Baş Qərargah rəisliyi mayın 19-da Şimali İraqda PKK-ya qarşı baş tutan hərbi əməliyyat barədə məlumat yayıb.
Axar.az xəbər verir ki, Qərargah Hərbi Hava Qüvvələrinin Medina düşərgəsini bombalaması nəticəsində 30 PKK terrorçusunun öldürüldüyünü açıqlayıb.
Bundan əlavə, terrorçuların 11 mövqeyi məhv edilib.
Xatırladaq ki, Türkiyədə ötən ilin iyulundan etibarən PKK-ya qarşı hərbi əməliyyatlar bərpa olunub.
Mənbə:> Axar.az