Yerevanda Qarabağın “müstəqilliyini” tanımadılar » AzNews.info -Xəbər portalı

Yerevanda Qarabağın “müstəqilliyini” tanımadılar

Yerevanda Qarabağın “müstəqilliyini” tanımadılar

Hazırda qondarma “DQR” “müstəqilliyinin” tanınmasının vaxtı deyil.

Oxu.Az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının iclasında qanun layihəsinin müzakirəsi zamanı XİN rəhbərinin müavini Şavarş Koçaryan bəyan edib.

“Ermənistan XİN “DQR” tanınmasına dair qanun layihəsi üzrə müsbət rəy verməyib, qeyd edilib ki, hazırda onun tanınması məqsədəuyğun deyil. Bu, danışıqlar prosesinin pozulmasına gətirib çıxara bilər”, - Koçaryan deyib.

Komissiyanın sədri Artak Zakaryan bəyan edib ki, “DQR” tanınmasına “emossional” yanaşmaq olmaz.

“Azərbaycandan başqa, “DQR” tanınmasına qarşı olan ölkə yoxdur, amma hər şeyi beynəlxalq ictimaiyyətin, ATƏT-in Minsk qrupunun mövqeyi çərçivəsində həyata keçirmək lazımdır”, - o deyib.

“Yanaşmamızı nəzərə alaraq qanun layihəsinə mənfi rəy verməyi təklif edirəm”, - Zakaryan qeyd edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *