Rəsmi Yerevandan “DQR”in müstəqilliyinin tanınması ilə bağlı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

Rəsmi Yerevandan “DQR”in müstəqilliyinin tanınması ilə bağlı - AÇIQLAMA

Rəsmi Yerevandan “DQR”in müstəqilliyinin tanınması ilə bağlı

“Hökumətin rəyi bu təşəbbüslə razılıq demək deyil”.

Ermənistan hökumətinin iki deputatın “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin tanınması təşəbbüsü ilə bağlı rəyi ətrafındakı söz-söhbətlər yersizdir.

APA-nın məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bildirilir ki, hökumətin rəyi bu təşəbbüslə razılıq demək deyil:

“Ermənistan hansı halda Dağlıq Qarabağın müstəqilliyini tanıyacağını dəfələrlə açıq şəkildə bəyan edib. Etibarlı tərəfdaş kimi Ermənistan prezidenti bu kimi vacib qərarla bağlı əvvəlcədən öz həmkarlarını, həmçinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini məlumatlandıracaq”.

Xatırladaq ki, bu gün Ermənistan hökuməti “DQR”in müstəqilliyinin tanınması ilə bağlı qanun layihəsinə rəy verərək sənədi parlamentə göndərib. Sözügedən sənədi bu gün hökumətin iclasında Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan təqdim edib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *