Azərbaycanın son xəbərdarlığı Ermənistanı geri oturtdu » AzNews.info -Xəbər portalı

Azərbaycanın son xəbərdarlığı Ermənistanı geri oturtdu

Azərbaycanın son xəbərdarlığı Ermənistanı geri oturtdu


Əgər Azərbaycan tanınmamış Dağlıq Qarabağ respublikasına qarşı yeni hərbi əməliyyatlara başlayarsa, Ermənistan “DQR”-in müstəqilliyini tanıyacaq. ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan açıqlama verib.

Onun sözlərinə görə, “DQR”-lə bağlı məsələnin Ermənistan hökumətinin gündəliyinə daxil edilməsi heç də onun “müstəqillyinin” tanınması deyil.

Köçəryan bildirib ki, Ermənistan hökumətinin gündəliyinə “DQR”-in tanınması haqqında qanun layihəsinin qəbul edilməsi məsələsi deyil, iki deputatın qanunverici təşəbbüsünə hökumət tərəfindən rəy verilməsi məsələsi daxil edilib.

Nazir müavini deyib ki, tanınma vəziyyətin gələcək inkişafı ilə bağlı olacaq.

Daha əvvəl Ermənistan müxalifəti növbəti dəfə hökumətə mayın 5-də keçiriləcək iclasda “DQR”-in tanınmasına dair qanun layihəsinə baxmağı təklif edib.

Bu təşəbbüs müxalif “İrs” partiyasından olan deputat Zarui Postandjyan və eks-baş nazir, hazırda müxalif “Erməni Milli Konqres”dən seçilən deputat Hrant Baqratyan tərəfindən irəli sürülüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistana cavabı özünü çöx gözlətməyib. XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin Ermənistan tərəfindən tanınması rəsmi İrəvanın Minsk qrupu prosesinə son qoyması mənası daşıyır.

O bildirib ki, bu halda Minsk Qrupunun danışıqlar aparmaq üçün artıq heç bir mandatı olmayacaq:

"Bu Minsk qrupu prosesi, onun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətə qarşı təhqir və özbaşınalığın ifrat nümunəsidir. Ermənistanın bu kimi təxribatçı əməllərinə beynəlxalq ictimaiyyət tərəfindən adekvat münasibət bildirilməlidir”.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da Ermənistanın bu təxribatçı açıqlamasına sərt reaksiya verib. Səfir bəyan edib ki, əgər “DQR”in müstəqilliyi Ermənistan tərəfindən tanınsa, o zaman beynəlxalq hüququn bütün prinsipləri pozulmuş olacaq:

“Bu, ATƏT-in Minsk Qrupunun çoxsaylı təkliflərinin üstündən də xətt çəkəcək. Hesab edirəm ki, bütün həmsədr ölkələr, o cümlədən Rusiya bu məsələ ilə bağlı mövqeyini bildirməlidir”.

Polad Bülbüloğlu Ermənistanın Azərbaycana başqa çıxış yolu qoymadığını diqqətə çatdırıb: “Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmir. Ermənistanın son addımı isə danışıqlar prosesindən imtina etməkdir. O zaman biz nə etməliyik? Ermənistan danışıqlar prosesindən imtina edirsə, bizə başqa yol qoymur”.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *