Ermənistan “DQR”i tanımaqdan imtina etdi
“DQR”in tanınması haqqında 5 may tarixli məsələnin Ermənistan hökumətinin gündəliyinə salınması onun tanınması demək deyil.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a Yerevanda erməni xarici işlər nazirinin müavini Şavarş Köçəryan bildirib.
“Hökumətin gündəliyinə qanun layihəsinin (“DQR”in tanınması haqqında) təqdir olunması deyil, iki deputatın qanunvericilik təşəbbüsü ilə bağlı rəyin verməsi daxil edilib” - deyə, nazir müavini bildirib.
“Tanınma (“DQR”in – red.) şəraitin gələcək inkişafından asılı olacaq”, - deyə, Koçaryan qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan münaqişə zonasında hərbi əməliyyatları bərpa etdiyi təqdirdə Dağlıq Qarabağın tanınması məsələsi gündəliyə daxil olacaq.
Qeyd edək ki, Azərbaycan XİN-i bundan əvvəl bəyanatında qeyd edib ki, Ermənistan “DQR”-i tanımaqla danışıqlar prosesinə son qoymuş olacaq.
Xatırladaq ki, Ermənistan müxalifəti növbəti dəfə hökumətə mayın 5-də keçiriləcək iclasda “DQR”-in tanınmasına dair qanun layihəsinə baxmağı təklif edib.
Bu təşəbbüs müxalif “İrs” partiyasından olan deputat Zarui Postandjyan və eks-baş nazir, hazırda müxalif “Erməni Milli Konqres”dən seçilən deputat Hrant Baqratyan tərəfindən irəli sürülüb.
Mənbə:> Oxu.Az