Ermənistan və qondarma rejim arasında böyük ziddiyyət » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

Ermənistan və qondarma rejim arasında böyük ziddiyyət

Ermənistan və qondarma rejim arasında böyük ziddiyyət


Qondarma rejimin “rəhbəri” Bako Saakyan Dağlıq Qarabağın “müstəqilliyinin” tanınmasına münasibət bildirib. ANS PRESS-in məlumatına görə, Saakyan “Azadlıq” radiosunun Ermənistan bürosuna müsahibəsində dolayı yollarla rəsmi İrəvanın Qarabağın “müstəqilliyini” tanımamasından şikayətlənib.


“Biz Dağlıq Qarabağın “müstəqilliyinin” tanınmasının tərəfdarıyıq. Ona görə də bu istiqamətdə işləyirik. Amma hesab edirik ki, Dağlıq Qarabağın “müstəqilliyini” birinci Ermənistan tanımalıdır.

Saakyan Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryanın sözlərini təkrarlayıb. O bildirib ki, əgər Azərbaycan yenidən hərbi əməliyyatlara başlasa, Ermənistanın Dağlıq Qarabağın "müstəqilliyini" tanımaqdan başqa alternativi qalmaycaq.

Ötən gün Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan açıqlamasında Bako Saakyanın müsahibə zamanı təkrarladığı cümləni istifadə etmişdi. “Əgər Azərbaycan tanınmamış Dağlıq Qarabağ respublikasına qarşı yeni hərbi əməliyyatlara başlayarsa, Ermənistan “DQR”in müstəqilliyini tanıyacaq”, - deyə Köçəryan bildirib.

Onun sözlərinə görə, “DQR”lə bağlı məsələnin Ermənistan hökumətinin gündəliyinə daxil edilməsi heç də onun “müstəqillyinin” tanınması deyil.

Köçəryan bildirib ki, Ermənistan hökumətinin gündəliyinə “DQR”in tanınması haqqında qanun layihəsinin qəbul edilməsi məsələsi deyil, iki deputatın qanunverici təşəbbüsünə hökumət tərəfindən rəy verilməsi məsələsi daxil edilib.

Nazir müavini deyib ki, tanınma vəziyyətin gələcək inkişafı ilə bağlı olacaq.

Bako Saakyan və Şavarş Köçəryanın açıqlamalarından belə görünür ki, rəsmi İrəvan qondarma respublikanın tanınmasını yalnız təzyiq vasitəsi kimi istifadə edir. Həmçinin burada Ermənistan və qondarma rejim “rəhbərliyi” arasında fikir ayrılıqlarının olduğu ortaya çıxır. Çünki Saakyan Dağlıq Qarabağın “müstəqilliyinin” tanınmasını istəyir. Amma Ermənistan onların istəklərini yerinə yetirmir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *