"Mən erməniyəm, erməniləri çox sevirəm" - Eurovision-un qalibi Camala » AzNews.info -Xəbər portalı

"Mən erməniyəm, erməniləri çox sevirəm" - Eurovision-un qalibi Camala

"Mən erməniyəm, erməniləri çox sevirəm" - Eurovision-un qalibi Camala


Eurovision-2016 mahnı müsabiqəsinin qalibi, Ukraynanı təmsil edən Camala qələbəsinə sevinir, triumfunun onun üçün çox xoş, amma gözlənilməz və sürpriz olduğunu deyib

Camala qələbəsini ermənilərə də həsr etdiyini söyləyib:

"Müsəlman və tatar olsam da, damarımda axan qanın yarısı erməni qanıdır və deyə bilərəm ki, erməniyəm. Erməniləri, Ermənistanı çox sevirəm. Babamın tarixi vətəni Dağlıq Qarabağdır. Əfsuslar olsun ki, hələ orada olmamışam. Ermənistanda iki gün oldum, oranı çox bəyəndim. Məni Eurovision-da dəstəkləyən ermənilərə də dərin minnətdarlığımı bildirirəm", - Camala deyib.

32 yaşlı Camala Eurovision-2016-da Krım tatarlarının sovet illərində deportasiyasına həsr olunmuş "1944" mahnısını ifa edib.

Bu müğənninin əsl ad və soyadı Susanna Alimovna Camaladdinovadır.
Qırğızıstanın Oş şəhərində anadan olmuş Susannanın atası Krım tatarı Alim Ayyaroviç Camaladdinov, anası isə Qalina Mixaylovna Tumasyandır.

2009-cı ildə "Novaya volna" mahnı müsabiqəsinə qalib gələndən sonra Susanna Camaladdinova Rusiyanın "Komsomolskaya Pravda" qəzetinə verdiyi müsahibəsində anasının erməni olduğunu ilk dəfə mediaya bəyan etmişdi.

Mənbə: Politika.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *