İrəvanda böhran: Sərkisyan hökuməti dəyişir
Bu günlərdə Ermənistanda yüksək vəzifəli şəxslərin istefaya göndərilməsi gözlənilir.
Axar.az xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazıb.
Qəzetin məlumatına görə, hazırda Ermənistanın yüksək siyasi elitasında ən çox müzakirə edilən məsələ budur:
“Demək olar ki, bütün nazirlər gələcək taleləri barədə prezidentin iqamətgahından müxtəlif yollarla məlumat almağa çalışırlar”.
Xüsusilə, korrupsiyaya bulaşmış və köhnə şəxslərin istefaya göndəriləcəyi bildirilir.
“Bu qeyri-müəyyənlik hazırda Ermənistanın idarəetmə sisteminin bir hissəsində təşvişə səbəb olub və demək olar ki, bəzi məmurlar işləməkdən imtina edərək, nə olacağını gözləməyə başlayıb”, - qəzət qeyd edib.
Mənbə:> Axar.az