Maliyyə çətinliyi üzündən Ermənistanın ən böyük layihəsinin icrası dayandırılır
“Yaxın zamanlarda Ermənistan hökumətində Şimal-Cənub avtomobil yolunun bəzi hissələrinin tikintisinin məqsədəuyğunluğu barədə məsələnin müzakirələri başlaya bilər. Məsələ hazırda öyrənilməkdədir”, - Ermənistanın “Aykakan Jamanak” qəzeti yazır.
Virtualaz.org xəbər verir ki, qəzetin mənbələrinin verdiyi məlumata əsasən, problem Ermənistanın xarici borcunun görünməmiş həddə çatması üzündən gündəmə gəlib.
Bu təklifin müəlliflərinin hesablamaları göstərib ki, magistral yolun tikintisi əvvəlki standartlar üzrə davam etdirilərsə, maliyyə ehtiyatlarının sərfi 2 milyard dolları keçəcək. Bu vəsait isə xarici mənbələrdən kredit vasitəsilə cəlb edilməlidir.
Sözügedən səbəb üzündən yolun bəzi hissələrinin müvəqqəti də olsa, daha ucuz qiymətə yenidən qurulması üzrə təklif hazırlanır.
Mənbə:> Virtualaz.org