Sekuta: ABŞ-dan yüksək vəzifəli şəxslərin Azərbaycana səfəri gözlənilir
Gələn həftə ABŞ-dan olan ticarət missiyasının və yüksək vəzifəli şəxslərin Azərbaycana səfəri gözlənilir.
AzNews.info APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib.
Onun sözlərinə görə, hansı nümayəndə heyətinin gəlməsindən asılı olmayaraq, onlar 2 ölkə arasında ümumi əlaqələrə toxunur:
"Bəzən xüsusi sahələrə də diqqət ayrılır. Amma kimin gəlməyindən asılı olmayaraq, ölkələrimizin əməkdaşlıq etdiyi 3 əsas sahə - insan haqları, demokratiya təhlükəsizlik və iqtisadiyyat sahəsində müzakirələr aparılır".
Mənbə:> APA