Sekuta: Azərbaycan gənclərinə hər cür imkanlar yaratmaq lazımdır
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta gənclər və idman naziri Azad Rəhimovla görüşüb.
Oxu.Az ABŞ səfirliyinin rəsmi Twitter səhifəsinə istinadla xəbər verir ki, görüşdə səfir Azərbaycan gənclərinin “Bakı 2015” ilk Avropa Oyunlarının müvəffəqiyyətində oynadığı mühüm rolu yüksək qiymətləndirib.
Robert Sekuta vurğulayıb ki, Azərbaycanın parlaq gələcəyini təmin etmək üçün gənclərə hər cür imkanlar yaratmaq lazımdır.
Mənbə:> Oxu.Az