Sekuta: Azərbaycan ABŞ-a dəstək verən ilk dövlətlər sırasında olub » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Sekuta: Azərbaycan ABŞ-a dəstək verən ilk dövlətlər sırasında olub

Sekuta: Azərbaycan ABŞ-a dəstək verən ilk dövlətlər sırasında olub


2001-ci ilin 11 sentyabr hücumundan sonra Azərbaycan Birləşmiş Ştatlara dəstək verən ilk dövlətlər sırasında olub. Amerikalılar bu dəstəyi indi də dəyərləndirirlər.

Oxu.Az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta 11 sentyabr hadisələrinin 15-cü ildönümü ilə bağlı bəyanatında deyib.

Sekutanın sözlərinə görə, o vaxtdan bəri Azərbaycanın ABŞ-a göstərdiyi dəstək artıb.

“Azərbaycan Əfqanıstanda ekstremizmə qarşı aparılan mübarizədə ABŞ-ın və NATO-nun tərəfdaşı olub. Azərbaycanın sülhməramlı qoşunları ABŞ-ın və NATO-nun hərbçiləri ilə çiyin-çiyinə duraraq əfqan xalqına sülh və demokratiyanı inkişaf etdirmək imkanı veriblər. Azərbaycan həmçinin NATO-nun Əfqanıstanda keçirdiyi əməliyyatların maddi-texniki təchizatı üçün nəqliyyatın fəaliyyətini təmin edib.

Azərbaycan ekstremist təşkilatların maliyyələşdirilməsinin qarşısının alınmasında ABŞ-la sıx əməkdaşlıq edib. Birləşmiş Ştatlar isə Azərbaycan hökumətinə sərhədlərinin daha yaxşı qorunması və ekstremist yönümlü şəxslərin tranzitinin azalması üçün yardımçı olub”, - deyə, Sekuta bildirib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *