Obama Avropa liderlərini Ağ Evə çağırdı
ABŞ Prezidenti Barak Obama Şimali Avropa liderləri ilə Rusiyanı müzakirə edəcək.
Axar.az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, görüş mayın 13-də baş tutacaq. Obama ilə görüşmək üçün Ağ Evə İsveç, Danimarka, Finlandiya, Norveç və İslandiya liderləri gələcəklər. Müzakirə mövzuları sırasında qlobal təhlükəsizlik və Avropada miqrasiya böhranı da olacaq.
Qeyd edək ki, bir müddət öncə Rusiya İsveçin NATO-ya üzv olacağı təqdirdə ona qarşı cavab tədbirləri görəcəyini bəyan edib.
Mənbə:> Axar.az