Obama dünya liderlərini toplayır
ABŞ prezidenti Barak Obama gələn həftə Vaşinqtonda bir sıra dünya liderləri ilə İŞİD terror qruplaşmasının fəaliyyətini müzakirə etmək niyyətindədir.
Oxu.Az xəbər verir ki, bu barədə Wall Street Journal nəşri adları açıqlanmayan Amerika rəsmilərinə istinadən məlumat verir.
“Vaşinqtonda planlaşdırılmış nüvə təhlükəsizliyi sammiti zamanı belə bir görüşün təşkil olunması barədə qərar Brüsseldə İŞİD tərəfindən törədilən terror aktlarından bir neçə gün sonra qəbul olunub”, - məqalədə qeyd olunur.
Nəşr qeyd edir ki, görüşdə “Avropa, Türkiyə, Çin və digər ölkələrin liderləri” iştirak edəcək.
Dünya liderləri İŞİD tərəfindən “nüvə terroru” riskini müzakirə edəcəklər.
Mənbə:> Oxu.Az