Obama: Putin yanılır
Rusiya prezidenti Vladimir Putin NATO-nu, Avropa İttifaqını, Transatlantik birliyini, ümumiyyətlə hakimiyyətinə qarşı təhdid kimi baxır.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ prezidenti Barak Obama “CBS News”un efirində bildirib.
“Düşünürəm ki, o, yanılır. Mən ona güclü, xarici dünyaya istiqamətlənmiş Rusiya ilə işləyən güclü vahid Avropa – bu, doğru reseptdir”, - Obama qeyd edib.
Amerikalı lider vahid Avropa üçün sağ millətçiliyi təhdid kimi göstərib.
Onun fikrincə, bunu bir sıra hallarda “vahid Avropa ideyasına hər zaman sadiq olmayan” Putin kimi siyasətçilər istismar edə bilər.
Mənbə:> Oxu.Az