“Eurovision”da Qarabağdan danışan azərbaycanlının sözünü kəsdilər – VİDEO
“Eurovision-2016” mahnı yarışmasının ilk yarımfinal mərhələsindən sonra mətbuat konfransı keçirilib.
Oxu.Az xəbər verir ki, finala yüksələn Azərbaycan təmsilçisi Səmra Rəhimli media nümayəndələri ilə öz təəssüratlarını bölüşüb.
“Çox şadam ki, ölkəmi bu müsabiqədə təmsil edirəm. Bu, mənim arzum idi. Mənə səs verən, dəstək olan hər kəsə təşəkkür edirəm”, - deyə ifaçı bildirib.
Konfransda iştirak edən İTV-nin baş direktor müavini Şaiq Məmmədov Səmranı ilk yarımfinal mərhələsində qazandığı uğur münasibəti ilə təbrik etdikdən sonra qondarma “Dağlıq Qarabağ Respublikası” ilə bağlı etirazını bildirib. Həmyerlimizin sözü aparıcı tərəfindən dəfələrlə kəsilib.
Qeyd edək ki, müsabiqənin ikinci yarımfinalı mayın 12-si saat 23:00-da, final isə mayın 14-ü saat 23:00-da yayımlanacaq.
Mənbə:> Oxu.Az