Azərbaycan sondan 3-cü oldu - Səmra xaric oxudu – VİDEO+FOTO
Stokholmdakı “Globen Arena”da “Eurovision” iştirakçılarının məşqlərinə start verilib.
“Qafqazinfo” xəbər verir ki, 1-ci yarımfinalda iştirak edən 18 ölkə nümayəndəsi mahnılarını canlı ifa edib, səhnə şousu göstəriblər.
1-ci yarımfinal iştirakçılarının bir qismi mayın 3-ü, digərləri isə mayın 4-ü məşqlərə başlayıblar.
Azərbaycan təmsilçisi Səmra Rəhimli isə “Eurovision” səhnəsində may ayının 4-də məşq etməyə başlayıb.
S.Rəhimlinin səsinin yerində olmaması və “Miracle”ni xaric oxuması eskpertlərin verdiyi səsdə özünü göstərib.
Məşq prosesindən sonra mətbuat konfransı keçirilib, Azərbaycan təmsilçisi jurnalistlərin suallarını cavablandırarkən xəstə olduğunu söyləyib.
Daha sonra eskpertlərin səsvermə nəticələri açıqlanıb.
Ən yaxşı ifa edən müğənni Çex Respublikası təmsilçisi Gabriella Gunçikova olub. O, 110 səs toplayaraq liderlik kürsüsündə əyləşib.
İkinci sırada isə səhnədə yarıçılpaq şou göstərən Ermənistan təmsilçisi İveta Muçukyan olub.
Müğənni 92 bal toplayaraq ən yaxşı canlı ifa edən iştirakçılar sırasına daxil olmağı bacarıb.
Azərbaycan təmsilçisi Səmra Rəhimlinin uğursuz çıxışı 5 bal toplaması ilə nəticələnərək siyahıda axırdan 3-cü sırada öz yerini tapıb.
1-ci yarımfinal ölkələri sırasında ən az səs toplayan Moldova təmsilçisi Lidia Isac olub.
Mənbə:> Qafqazinfo.az