Stalinin dünən qoyulan abidəsi bu gün söküldü
Mayın 9-da Gürcsüstanın Ateni kəndində İosif Stalinin şərəfinə ucaldılan abidə bu gün bələdiyyə işçiləri tərəfindən sökülüb.
Hakimiyyət nümayəndələri xatırladıblar ki, Gürcüstanda sovet, eləcə də faşist və nasist rəmzləri qanunla qadağandır və qadağaya sovet liderlərinin abidələri də daxildir.
Abidənin qoyulmasının təşəbbüsçüsü olan yerli sakinlər bələdiyyənin bu fəaliyyətinə etiraz ediblər, ancaq onun sökülməsinə mane olmayıblar.
Mayın 9-da gecə isə yenicə quraşdırılan abidəni naməlum şəxslər qırmızı rənglə boyayıblar.
Stalinin sovet vaxtında Ateni kəndində qoyulan və 70 ildən çox qalan abidə 2009-cu ildə, Gürcüstanın işğal əleyhinə qanun qəbul etməsindən dərhal sonra sökülüb.
Mənbə:> Virtualaz.org