Azərbaycanlılar Dərbənddə ayağa qalxdı
Bu gün Dağıstanın Dərbənd şəhərində azərbaycanlıların etiraz mitinqi gözlənilir.
ANS PRESS-in “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, beləliklə, azərbaycanlılar dahi Azərbaycan şairi Nizami Gənjəvinin abidəsinin təhqir edilməsinə etiraz bildirmək istəyirlər.
Yerli mətbuatın yerli sakinlərə istinadən verdiyi məlumata görə, hadisə heykəlin yerləşdiyi parkın təmir edilməsi zamanı baş verib. Görülən işlər çərçivəsində abidə ağ parçaya bükülüb. Amma gecə saatlarında adı hələ ki, məlum olmayan vəhşilər parçaya od vurublar və abidə yanıb.
Abidə bundan əvvəl də təhqir edilmişdi. Onun üzərinə boya atıblar və barmaqlarını qoparıblar.
Azərbaycanlılar həm də Sovet İttifaqı Qəhrəmanı Şəmsulla Əliyevin abidəsinin sökülməsinə etiraz edirlər. Şəhər sakinləri baş verənlərdə Dərbənd rəhbərliyini və şəhər məclisinin sədri İmam Yarəliyevi günahlandırırlar.
Onlar bu günkü mitinqdə öz etirazlarını bildirmək niyyətindədirlər. Dərbənddə yaşayan azərbaycanlılar bu gün şəhər məscidinin qarşısına yığılmaq niyyətində idilər.
Mənbə:> ANSPRESS