Batumidə Əli və Nino abidəsini dağıtdılar – FOTO
Gürcüstanın Batumi şəhərində azərbaycanlı yazıçı Qurban Səidin “Əli və Nino” əsərinin qəhrəmanlarının hərəkət edən heykəli dağıdılıb.
Oxu.Az gürcü KİV-nə istinadən xəbər verir ki, yerli hakimiyyət abidəni dalğalardan qorumaq üçün başqa bir yerə köçürməyə hazırlaşırdı.
Amma heykəllərdən birini qaldırdıqları zaman onu yerə salıb sındırıblar.
Kompozisiya dəniz kənarında, şəhərin girişində yerləşir. Abidənin heykəltəraşı Tamara Kvesitadzedir, abidə 2011-ci ildə quraşdırılıb.
Heykəl xalqlar arasında əbədi məhəbbətin və anlayışın rəmzidir. Abidə Qurban Səidin eyniadlı əsərinin qəhrəmanlarının şərəfinə adlandırılıb.
Mənbə:> Oxu.Az