Sultan Süleyman Bakıda belə göründü » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət, Kino, Foto

Sultan Süleyman Bakıda belə göründü – FOTO

Sultan Süleyman Bakıda belə göründü


Türkiyənin tanınmış aktyoru yeni rolu üçün imicini dəyişib. ANS PRESS-in məlumatına görə, aktyor Bakıda çəkilən "Əli və Nino" filmindəki rolu üçün yeni imicə bürünüb.

Uzun müddət yaddaşlarda "Muhteşem Yüzyıl"serialındakı Sultan Süleyman Qanuni rolu ilə yadda qalan aktyor Halit Erginç saçlarını tamamilə qırxdırıb, saqqalının görünüşünü dəyişib.

Aktyor bir neçə gün öncə Asif Kapadianın rəhbərliyi ilə aparılan "Əli və Nino"nun çəkilişlərinə qatılmaq üçün Bakıya gəlib.

Aktyor hava limanında pərəstişkarlarındn biri ilə foto çəkdirib. Bu sayədə onun yeni imici də görüntülənmiş olub.

Xatırladaq ki, dünyada bestseller olan “Əli və Nino” romanı əsasında eyniadlı filmin çəkilişlərinə fevralın 24-dən başlanılıb. Müəllifi Qurban Səid olan "Əli və Nino" romanı əsasında ekranlaşdırılan filmin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru "Bafta" mükafatı sahibi Asif Kapadiya, ssenari müəllifi isə "Academy Award" mükafatı laureatı Kristofer Hemptondur. Filmdə Əlixan Şirvanşir obrazını Adam Bakri, Ninonu isə məşhur ispaniyalı aktrisa Mariya Valverde canlandıracaq. Aktyor heyətinə dünyanın məhşur kinoulduzları Mendi Petinkin və Konni Nilson da daxildir. Onlar Ninonun valideynlərini canlandıracaqlar. Filmdə tamaşaçılar həm də Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Əsad Bub, Numan Akar və Halit Ergenç kimi sevilən aktyorları da görəcəklər.

Sultan Süleyman Bakıda belə göründü

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *