İki dəfə ölümə yaxınlaşan aktyor 70 yaşına çatdı
Məşhur Hollivud aktyoru Maykl Duqlas bu gün – sentyabrın 25-də 70 illik yubileyini qeyd edir.
ANS PRESS-in məlumatına görə, aktyor iki dəfə Oskar mükafatına layiq görülüb. Karyerasına görə o, Amerikanın ən məşhur universitetlərindən biri olan Yel universitetində təhsil almaqdan imtina edib. Əvəzində teatr sənəti üzrə təhsil alıb.
Aktyorun həyatında baş verən xoşagəlməz hadisələr – nə xizək sürəndə aldığı zədə, nə də boğaz xərçəngi onu ruhdan salmadı. 2011-ci ildə o, tamamilə sağaldı və “Şamdanın arxasında” filminə görə bir çox mükafatlara layiq görüldü.
Qeyd edək ki, Duqlas iki dəfə ailəli olub. Onun ikinci həyat yoldaşı özü qədər məşhur olan aktrisa Ketrin Zeta-Cons aktyordan 25 yaş kiçikdir. Onlar iki uşaq tərbiyə ediblər. Keçən il onlar az qala ayrılacaqdılar. Amma sonda cütlük hər şeyi yenidən başlamağa qərar verdi.
Mənbə:> ANSPRESS