Polşa 500 sovet abidəsini sökməyi planlaşdırır
Polşa hakimiyyəti ölkə ərazisində 500 sovet abidəsini sökməyi planlaşdırır.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Onet.pl portalına verdiyi müsahibədə polşa xalqına qarşı cinayətlərin araşdırması ilə məşğul olan Milli Yaddaş İnstitutunun rəhbəri Lukaş Kaminski bildirib.
Söhbət Sovet İttifaqına minnətdarlıq əlaməti olaraq, Qırmızı ordu tərəfindən ictimai yerlərdə ucaldılan abidələrdən gedir.
“Bu abidələrin saxlanılması Polşada 1990-cı illərin əvvəllərində başa çatdırılmamış islahatların nəticəsidir. Bu, böyük səhv idi. Bu səhv uzun illərdir ki, vətənimizə qarşı yönəlmiş təbliğat və təxribatın alovuna güc verir”, - MYİ-nin rəhbəri bildirib.
Bununla yanaşı, sovet əsgərlərinin qalıqları olduğu memoriallar dövlət mühafizəsi altına alınacaq.
Mənbə:> Oxu.Az