Böyük Vətən Müharibəsi – 74
22 iyun dünya tarixinin ən kədərli səhifələrindəndir – bu gün 1941-ci ildə Böyük Vətən Müharibəsi başlayıb.
Həmin gün faşist Almaniyası xəbərdarlıq etmədən Sovet İttifaqına hücum edib. Ölkənin ordusu və əhalisi buna hazır deyildi. İlk gündə 1200 sovet təyyarəsi məhv edilib.
Qırmızı Ordu motorlaşdırılmamışdı, 1930-cu illərin sonunda həyata keçirilmiş Stalin repressiyalarının nəticəsində komanda heyəti az təcrübəli sərkərdələrdən ibarət idi. Bu isə 1941-ci ilin faciəsinə gətirib çıxardı, belə ki, sovetlərin əsas kadr ordusu sayılı aylar ərzində darmadağın edildi və düşmən Moskvaya yaxınlaşdı.
Və yalnız inadlı və qəddar mübarizə sayəsində sovet əsgərləri düşmənin hücumunun qarşısını alaraq, ona cavab verdilər.
Eləcə də qeyd edək ki, Hitlerin əsas hədəflərindən biri SSRİ-nin neft hasilatı mərkəzi olan – Azərbaycan SSR paytaxtı Bakı şəhəri idi.
1941-ci ildən 1945-ci ilədək davam etmiş müharibə zamanı ordu sıralarına Azərbaycandan 600 min nəfərdən çox insan cəlb olunmuşdu. Onlardan 330 mini bu müharibədə qələbə qazanmaq üçün canlarından keçiblər.
Azərbaycan SSR-nin ərazisində 87 tabor, 1123 özünümüdafiə dəstəsi yaradılmış, 77-ci atıcı, 223-cü atıcı, 396-cı atıcı, 402-ci atıcı və 416-cı atıcı diviziyaları formalaşdırılmışdı.
Böyük Vətən Müharibəsi zamanı göstərdiyi qəhrəmanlıqlara görə 128 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adını aldı, Həzi Aslanov isə iki dəfə bu şərəfli ada layiq görüldü. Sovet İttifaqı qəhrəmanı adını alanlardan 42-i nəfər milliyyətcə azərbaycanlı idi, onlardan 14-ü ölümündən sonra bu ada layiq görülmüşdü.
İlk Sovet İttifaqı Qəhrəmanı adını almış azərbaycanlı isə leytenant İsrafil Məmmədov oldu.
Mənbə:> Oxu.Az