Müharibə və qadın... – VİDEO+FOTO
Fevralın sonunda Rusiya prokatına çıxan “Batalyon” filmi əsl səs küyə səbəb olub.
ANS PRESS-in məlumatına görə, 1-ci dünya müharibəsində qadın batalyonundan, olan hadisələr üzərində çəkilən film tənqidçilər tərəfindən də isti qarşılansa da, müharibədə qadınların rolu tarixi paralelliyi ölkədə əsl müzakirə mövzusuna çevrilib.
Məlum olub ki, qadınları zərif cinsin nümayəndəsi adlandırsaq da, müharibələrdə onların rolu kişilərdən qətiyyən az olmayıb. Təkcə tibb bacısı kimi və ya arxa cəbhədə strateji işlərdə kişiləri əvəz etmək kimi vacib məsələlər yox, qadınlar müharibələrdə ön cəbhələrdə də uğurla iştrak edə biliblər.
Məsələn, ikinci dünya müharibəsində snayper rekordunun məhz qadın SOvet İttifaqı qəhrəmanı Lyudmila Pavleçenkoya (Belova) aid olduğunu bilirdinizmi? Onun hesabında 309 əsgər, 36 düşmən snayperi olub. Ümumiyyətlə həmin illərdə 90 qadın Sovet İttifaqı qəhrəmanı adına layiq görülüb.
Aşağıdakı rəqəmləri sadaladıqda isə Böyük Vətən Müharibəsinin cins olaraq kimin çiyinlərində durduğu şübhəli məsələyə çevrilir.
Təkcə 1942-ci ildə Sovet şaxtalarında 41 010 qadın işləyib ki, 1943-cü ildə onların sayı 66 063-ə qalxıb. Qırğızıstanda 1943-cü ildə cəbhə üçün strateji vacib dəmir yolu xətlərində 1222 qadın işləyib. Özbək qadınları cəbhəyə 38 725 litr qan verə biliblər.
Azərbaycan qadını da digər çətin günlərdə olduğu kimi bu müharibədə də geridə qalmayıb. 1944-cü ildə Azərbaycan traktorçularının 61,7 faizi, köməkçi kombaynçıların 52,2 faizi, tikinti işçilərinin 35,1 faizi, sürücülərin 25,4 faizi məhz qadınlar olub.
Bu işlərin hamısı ön cəbhədə güllə atmaqdan heç də az əhəmiyyət kəsb etməyib.
I ci Qarabağ müharibəsində də qadınlarımız hiss olunacaq dərəcədə iştrak ediblər. Səbri və dözümlülüyü nəzərə alaraq qadınların snayperçi kimi kişilərdən daha uğurlu nəticə verdiyi məlumdur. Bu müharibədə qadın snayeprçilərimiz xüsusilə fərqləniblər.
Mənbə:> ANSPRESS